Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Bayan küçəsində, Gəncə-Üçtəpə avtomobil yolunda “VAZ 2107” markalı avtomobillə “Opel” markalı avtomobilin toqquşması nəticəsində, 1986-cı il təvəllüdlü Elvin Musayev, 1970-ci il təvəllüdlü Firdovsi Babayev və 1962-ci il təvəllüdlü Kifayət Vəliyeva müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.