Kürdəmirdə ağır qəza: mikroavtobuslar toqquşdu, yaralılar var

Kürdəmirdə ağır qəza: mikroavtobuslar toqquşdu, yaralılar var
10:09 2 Yanvar 2016
78 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 

Kürdəmirdə ağır yol qəzası baş verib.

 

APA-nin yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında Bakı-Qazax yolunun 207 kilometrliyində,  Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

 

İki sərnişin mikroavtobusunun toqquşması nəticəsində doqquz nəfər xəsarət alıb.

 

Yaralılar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

 

Fakt Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227282

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR