Futzal üzrə Avropa çempionatının final mərhələsinin təqvimi açıqlanıb

Futzal üzrə Avropa çempionatının final mərhələsinin təqvimi açıqlanıb
01:08 3 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 yanvar, AZƏRTAC
Fevralın 2-də Serbiyanın paytaxtı Belqradda start götürəcək futzal üzrə Avropa çempionatının final mərhələsinin təqvimi açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan yığması "Avro-2016"nın ilk matçında İtaliya idmançıları ilə qarşılaşacaq. Fevralın 3-nə təyin olunmuş görüş yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00) başlayacaq. Həmyerlilərimiz ikinci oyunu fevralın 5-də Çexiya komandasına qarşı keçirəcəklər.
Qitə birinciliyinə fevralın 13-də yekun vurulacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR