Beynəlxalq dərəcəli azərbaycanlı voleybol hakimi Konstantin Selin yeni təyinat alıb. Fanat.az xəbər verir ki, Selin avrokuboe oyununda ədaləti qoruyacaq.
Belə ki, Avropa Voleybol Konfederasiyası onu “Çelenc Kuboku”nun 1/8 final mərhələsinin oyununa təyin edib. Selin yanvarın 21-də keçiriləcək “Hapoel" (Kfar Saba, İsrail) - "Pfeffingen” (İsveçrə) oyununda iş başında olacaq.
Bakı vaxtı ilə saat 22.30-da başlayacaq görüşün digər hakimi belaruslu Vladimir Kukaşinovdu.
Fanat.az