Zaur Kamal ilk dəfə ailəsindən danışdı

Zaur Kamal ilk dəfə ailəsindən danışdı
13:16 3 Yanvar 2016
180 Şou
Ölkə mətbuatı
A- A+

"Xəzər" telekanalının aparıcısı Zaur Kamal ilk dəfə şəxsi həyatından danışıb.

Axşam.az-ın məlumatına görə, aparıcı "Star life"a açıqlamasında övladlarından bəhs edib:

"İstəyirəm ki, həyatda necəyəmsə, efirdə də elə görünüm. Sadə, xalqın dili ilə danışan biriyəm. İnsanlar məni çox kobud, özündənrazı biri kimi tanıyırlar. Mən belə deyiləm. Realda mənimlə söhbət edən olsa, fikrində yanıldığını görər. Məndə kin yoxdur. Hərdən məndən küsən müğənnnilər olur, görəndə salamlaşıb görüşürəm. Övladlarım efirə meyilli deyillər. Heç telekanallara baxmırlar. Bircə bayram çəkilişlərini izləyir, şar görən kimi zəng edib, "Ata evə gətir" deyirlər. Balaca oğlum Rüstəm bağçaya gedir. Hər gün anası aparıb-gətirir. Deyir, "Ata məni sən bağçadan gətir da. Qoy müəllimələrim bilsin ki, sənin oğlunam". 4 yaşı var, mənimlə qürur duyur. Böyük oğlumun adı Bartudu. Evdə ona bu adı qoyacağıma görə söz-söhbət oldu. Dünyaya gəlməsinə 2 ay qalmışdı. Türk kanallarından birində balaca uşaqdan müsahibə götürürdülər. Uşağın adı Bartu idi. İsmi xoşuma gəldi, ona görə də adı oğluma qoydum".

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43545

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR