DGK: Ölkəyə gələn şəxslər üzərində vizual müşahidə aparılır

16:53 4 Yanvar 2016
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 yanvar, AZƏRTAC
Son günlər bəzi kütləvi informasiya vasitələrində Türkiyə Respublikasının Adana vilayətində A (H1N1)-(donuz qripi) virusuna yoluxduğu ehtimal olunan 3 nəfərin dünyasını dəyişməsi barədə məlumat yayılıb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildiriblər ki, qeyd olunan A (H1N1) virusu Azərbaycan Respublikasının sərhəd gömrük-keçid məntəqəlırində qeydə alınmayıb. Hər hansı potensial təhlükəli halın vaxtında müəyyən edilməsi və qarşısının alınması üçün bir sıra vacib və profilaktik tədbirlər davamlı surətdə aparılır, ümumi vəziyyət nəzarət altındadır. Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyinin müvafiq qurumları sərhəd gömrük-keçid məntəqəlırində zəruri olan dezinfeksiya və digər əks-epidemik tədbirlər həyata keçirirlər. Gömrük-keçid məntəqələrində quraşdırılmış yüksək hərarəti müəyyən edən termovizorlar vasitəsilə vəziyyətə nəzarət olunur. Ölkəyə gələn şəxslər üzərində vizual müşahidə aparılır, yüksək hərarəti və xəstəliyə yoluxma əlamətləri aşkar edilərsə, müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/DGK_Olkeye_gelen_sexsler_uzerinde_vizual_musahide_aparilir-916048

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR