Çində avtobusda baş vermiş yanğında 14 nəfər ölüb

Çində avtobusda baş vermiş yanğında 14 nəfər ölüb
08:18 5 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+


Pekin, 5 yanvar, AZƏRTAC
Çinin Ninsia Huy Muxtar Rayonunda avtobusda baş vermiş yanğında 14 nəfər ölüb, 30-dan çox adam yaralanıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisə rayonun inzibati mərkəzi olan İnçuan şəhərində çərşənbə axşamı səhər saat 7 radələrində baş verib. Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Hadisənin səbəbləri araşdırılır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR