İrandan Səudiyyə Ərəbistanına güc nümayişi (VİDEO, FOTO)

İrandan Səudiyyə Ərəbistanına güc nümayişi (VİDEO, FOTO)
23:51 5 Yanvar 2016
53 Digər
Ölkə mətbuatı
A- A+

İran və Səudiyyə Ərəbistanı arasındakı münasibətlər gərginləşməkdə davam edərkən, İran İnqilab keşikçiləri Ordusu yer altı tunellərin qapılarını açaraq saxlanılan ballistik raket bazasını nümayiş etdirib.

ANS PRESS-in məlumatına görə, İranın parlament sədri Əli Laricani gəzdiyi yeraltı bazada "Emad" tipli balistik raketlər ilə tanış olub.

Maye yanacaqla işləyən və uzaqmənzilli atış qabiliyyətinə malik olduğu deyilən “Emad” raketlərinin oktyabr ayında sınaq təlimləri həyata keçirlib.



Yerin altında olan bazanın ölkənin hansı bölgəsində olduğu haqda məlumat verilməyib. Riyad-Tehran arasında münasibətlərin gərginləşdiyi bir vaxta təsadüf etməsi diqqət çəkir.

İran İnqilab keşikçiləri ordusu ilk dəfə keçən ilin oktyabr ayında yerin altındakı gizli raket anbarının qapılarını mətbuata açmışdı.


Əli Laricani - İran parlamentinin sədri





Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368960

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR