"Real" sabiq baş məşqçisi Rafael Beniteslə yolları erkən ayırdığı üçün təzminat ödəyəcək.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "kral klubu" 55 yaşlı mütəxəssisi vaxtından əvvəl istefaya göndərdiyi üçün 9.9 milyon avro ödəməlidir.
Maraqlıdır ki, bu, Benitesin karyerasındakı 3-cü belə təzminatdır. Daha əvvəl o, "Liverpul"dan qovularaq 4, "İnter"dən qovulduqdan sonra isə 3 milyon avro təzminat əldə etmişdi.
Qeyd edək ki, ispan mütəxəssis dünən "Real"la yolları ayırıb.
Milli.Az