NİİM Bakıda nəqliyyat problemlərini aradan qaldırmaq üçün hökumətə təkliflər verdi (FOTO)

NİİM Bakıda nəqliyyat problemlərini aradan qaldırmaq üçün hökumətə təkliflər verdi (FOTO)
16:23 30 Dekabr 2014
93 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir İlkin İzzət/

Bakıda sərnişin daşımaları sahəsində xidmət keyfiyyətini yüksəltmək, şəhərdə nəqliyyat tıxaclarının və digər nəqliyyat problemlərinin aradan qaldırılması məqsədilə Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən bir sıra təkliflər işlənib hazırlanıb və baxılması üçün aidiyyəti qurumlara (Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, “BSN” MMC, “Azəryolservis” ASC və s.) təqdim edilib.

NİİM-dən Trend-ə verilən məlumata görə, 2014-cü ilin yekunlarına əsasən Mərkəzdə nəqliyyat sisteminin təkmilləşdirilməsi, nəqliyyatın hərəkəti barədə məlumatların nəqliyyat istifadəçilərinə çatdırılması, aidiyyəti dövlət qurumları ilə birlikdə nəqliyyatın vəziyyəti ilə bağlı problemlərin müzakirəsi və həll edilməsi istiqamətində müəyyən işlər görülüb.

Sistemin stabil işləməsi məqsədilə, aidiyyəti qurumlara NİİM tərəfindən il ərzində mütəmadi olaraq müraciət məktubları hazırlanıb göndərilib.

Həmçinin, Ak.H.Əliyev küçəsi ilə Azadlıq prospektinin, R.Behbudov küçəsi ilə A.Bakıxanov küçələrinin, A.Bakıxanov küçəsi ilə C.Hacıbəyli küçələrinin, Azadlıq prospekti ilə Zərifə Əliyeva küçələrinin kəsişməsində təklif olunan dəyişikliklərin və Z.Bünyadov prospektinin körpü və tunel hissələrinin sxemləri işlənib hazırlanıb. Bundan başqa, optimallaşdırılmış marşrut təkliflərinin 2D və “Operativ nəqliyyat vasitələrinin yollarda sərbəst hərəkət təşkili” təklifinin 3D animasıyaları Mərkəzin mütəxəssisləri tərəfindən hazırlanıb.

Bakı şəhərində il ərzində keçirilən dövlət tədbirləri (“City Challenge Baku 2014”, “Tour de Azerbaijan” və s.) və təmir-tikinti işləri ilə əlaqədar bəzi küçə və prospektlərdə (H.Əliyev.,Ü.Hacıbəyov küç., Z.Əliyeva küç., R.Behbudov küç., Z.Bünyadov pr. və s. ) nəqliyyat vasitələrinin hərəkətində sıxlığın yaranmama məqsədilə mütəmadi olaraq NİİM tərəfindən (DYP ilə razılaşdırmaqla) mərkəzi küçə və prospektlərə (R.Behbudov küç, Azadlıq pros., A.A.Bakıxanov küç. və s.) “yaşıl dalğa” əmri tətbiq edilib.

Nəqliyyat vasitələrinin sayının artmasına baxmayaraq NİİM tərəfindən görülmüş tədbirlərin nəticəsində ötən illərə nisbətən 2014-cü ildə əksər küçələrin ötürücülük qabiliyyəti, yəni nəqliyyat vasitələrinin orta sürəti və sayı kimi artıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 26 oktyabr tarixli 2469 nömrəli Sərəncamına əsasən ən müasir informasiya texnologiyaları əsasında yaradılan NİİM 29 dekabr 2011-ci ildən fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR