"Qarabağ" və "Qəbələ"nin futbolçuları İsveç millisinə məsləhət görüldü

"Qarabağ" və "Qəbələ"nin futbolçuları İsveç millisinə məsləhət görüldü
17:22 6 Yanvar 2016
30 İdman
Ölkə mətbuatı
A- A+

İsveç mətbuatı millinin baş məşqçisi Erik Hamrenə Avropa çempionatı öncəsi ölkə xaricində oynayan futbolçuların durumu ilə yaxından tanış olmaq imkanı yaradıb.

Uzun siyahı tərtib edən isveçli jurnalist Andreas Sundberq 29 futbolçunu bura daxil edib. Onlardan 15-i son 6 ay ərzində komandalarının start heyətində meydana çıxanlar olub.

Maraqlısı bundadır ki, Sundberqin siyahısının əvvəlində Azərbaycandan 2 oyunçu da var. Bunlar Hollandiyada yaşasa da, Kuba əsilli isveçli olan "Qarabağ"ın hücumçusu Samuel Armenteros və 2014-cü ilin oktyabrında İsveç vətəndaşlığını qəbul etmiş "Qəbələ"nin braziliyalı cinah müdafiəçisi Rikardinyodur. İndi onlar haqda yazılanlara nəzər salaq:

Samuel Armenteros - Sonuncu matçını dekabrın 19-da "Qəbələ" ilə 1:1 başa çatan oyunda keçirib. Armenteros həmin matçda start heyətində çıxıb və sona 3 dəqiqə qalmış əvəzlənib. Həmin oyunda qol vurmayıb və onun sonuncu qolu oktyabrın 17-də qeydə alınıb ("Zirə" ilə matçda dubl edib - red.). "Qarabağ" 8 xalla liderdir. Komandasının növbəti oyunu yanvarın 30-dadır.

Rikardinyo - Onda hər şey aydındır. "Qəbələ" IV yerdədir, "Qarabağ"dan 10 xal geri qalır.

Qeyd edək ki, Samuel Armenteros cari mövsüm 12 oyunda meydana çıxıb və 4 qola imza atıb. Rikardinyo isə cəmi 5 matçda şans əldə edib.(Qaynar.info)

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquot-v-quotqblquotnin-futbolcular-svec-millisin-mslht-goruldu-t46602.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR