"Prezident Obama zəng edərək..."

"Prezident Obama zəng edərək..."
07:57 7 Yanvar 2016
31 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Barak Obama  ilə İraqın baş naziri Heydər əl-Abadi arasında telefon danışığı olub.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin açıqlamasında bildirilir.
 
Tərəflər İŞİD və digər terror qruplaşmaları ilə mübarizə məsələlərini müzakirə ediblər.
 
"Prezident Obama zəng edərək İraq ordusunun ər-Ramadi şəhərində əldə etdiyi uğurlara görə  baş naziri təbrik edib. Bildirib ki, ABŞ bundan sonra da İraqı İŞİD-lə mübarizədə davamlı şəkildə dəstəkləyəcək", məlumatda deyilir.
 
Obama həmçinin Türkiyə hərbçilərinin İraqdan çıxarılmasının zəruri olduğunu bildirib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR