Avtobus qəzasında yaralananlara sığorta pulu verilib

Avtobus qəzasında yaralananlara sığorta pulu verilib
15:44 7 Yanvar 2016
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda qəzada yaralanan şəxslərə sığorta ödənişi edilib. Lent.az-ın məlumatına görə, “BakuBus”un mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova feysbuk səhifəsində bildirib ki, MMC tərəfindən sərnişin təhlükəsizliyinə xidmət edən və qanunvericiliklə tənzimlənən bütün şərtlərə əməl edilir. Belə ki, "İcbari sığortalar haqqında" qanunun müddəalarına əsasən noyabrın 16-da Salyan şossesində, 20-ci sahə dairəsi yaxınlığında «BakuBus» MMC-yə məxsus 6 saylı marşrut üzrə hərəkət edən avtobusun qəzaya uğraması nəticəsində xəsarət alan 7 nəfərlə bağlı sığorta şirkəti tərəfindən tam təhlil aparılıb və həmin qəza nəticəsində xəsarət alan Məhərrəmova Dilarə Tağı qızına 953 AZN, Dadaşzadə Fərhad Nadir oğluna 1500 AZN, Mirzəyeva Nəzakət Eldar qızına 1500 AZN, Əliyev Sərvan Məlumat oğluna 750 AZN, Ələkbərova Firuzə Bala Hüseyn qızına 750 AZN, Əliyeva Fəxrəndə Nadir qızına 750 AZN zərər ödənişi edilib. Bir nəfər zərərçəkən yüngül xəsarət aldığından könüllü şəkildə zərər ödənişindən imtina edib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227829

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR