Bakı, 11 fevral, AzərTAc
“AGBank”ın keçirdiyi “Həzz Kart” lotereyasının üçüncü tirajının şanslı qalibləri müəyyən olunub.
Bankdan AzərTAc-a bildiriblər ki, Gəncə şəhərinin sakinləri İbadət Məmmədov “Həzz Kart”la alış-veriş edərək yeni iPhone 6 (16 Gb) smartfonuna, Mətanət Həsənova isə Dubaya iki nəfərlik səyahət turpaketinə sahib olublar.
Digər Bakı şəhər sakini Taleh Qaraşov isə iPad Air (16 Gb) planşeti hədiyyə olaraq qazanıb.
Əlavə məlumatı bankın “135” Məlumat Mərkəzindən əldə etmək olar.