Hafiz Məmmədovun klubunu almaq istəyirlər

Hafiz Məmmədovun klubunu almaq istəyirlər
19:42 7 Yanvar 2016
64 İdman
Ölkə mətbuatı
A- A+

Belçikalı iş adamı Qreqori Make Hafiz Məmmədovun klubunu alman istəyir. Fanat.az xəbər verir ki, bu barədə "France 3" məlumat yayıb.

Məlumatda bildirilir ki, "Century 21 Benelux" elit daşınmaz əmlak şirkətinin baş direktoru Fransanın "Lans" klubunu öz himayəsinə keçirmək niyyətindədi. O, bu məqsədlə klubun faktiki sahibi Hafiz Məmmədovla görüşmək istəyir.

Belçikalı biznesmen klubun 2,5 milyon avroluq borcunu ödəməyə, həmçinin gələn mövsüm 15 milyon avro sərmayə qoymağa hazırdı. 

Məlumata görə, Qreqori Make və Hafiz Məmmədov arasında görüş gələn həftə baş tuta bilər.

Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-hafiz-mmmdovun-klubunu-almaq-istyirlr-t46626.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR