​Yəmən BMT nümayəndəsini "arzuolunmaz şəxs" elan edib

​Yəmən BMT nümayəndəsini "arzuolunmaz şəxs" elan edib
23:32 7 Yanvar 2016
32 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 yanvar. REPORT.AZ/ Yəmənin Xarici İşlər Nazirliyi BMT Ali Komissarının İnsan Haqları üzrə İdarəsinin nümayəndəsini "arzuolunmaz şəxs" elan edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Yəmənin SABA dövlət xəbər agentliyinə istinadən "Reuters" məlumat yayıb.
Agentliyin məlumatına görə, buna onun ərəb ölkəsi haqqında "ədalətsiz" bəyanatları səbəb olub. Yəmən hakimiyyəti BMT-nin arasında Ali Komissarın İnsan Haqları üzrə İdarəsinin də olduğu bəzi qurumlarının ölkədə humanitar vəziyyət və husi və eks-prezident Əli Abdulla Salehə sadiq qüvvələrin törətdikləri "cinayətlər"ə dair "ədalətsiz" bəyanatları ilə bağlı təəssüfünü ifadə edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR