Obameyanq futbolçu karyerası ərzində ilk dəfədir ki, bu mükafata layiq görülür. İlin ən yaxşı baş məşqçisi adını Kot-D`İvuar yığmasının sabiq baş məşqçisi Erve Renar qazanıb.
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Borussiya"nın futbolçusu "qırmızı-qaralar"ın qapısından 2 oyuna 4 top keçirib. O, ilk 3 qolu Bakıdakı görüşdə, sonuncusunu isə Dortmundda vurub.