​Bakının polis bölmələrindən birinin rəisi işdən çıxarılıb

​Bakının polis bölmələrindən birinin rəisi işdən çıxarılıb
11:07 8 Yanvar 2016
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişikliyi olub. “Report” xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) rəisi, polis polkovnik-leytenantı Natiq Camalov işdən çıxarılaraq sərəncama götürülüb.
Onun yerinə hələ təyinat olmayıb.
9-cu Polis Bölməsinin rəisi vəzifəsi müvəqqəti olaraq rəis müavini, polis mayoru Amil Qurbanova tapşırılıb.
Qeyd edək ki, N.Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/bakinin-polis-bolmelerinden-birinin-reisi-isden-cixarilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR