Türkiyə Azərbaycan və Qazaxıstanla preferensial ticarət haqqında saziş imzalayacaq

Türkiyə Azərbaycan və Qazaxıstanla preferensial ticarət haqqında saziş imzalayacaq
11:48 8 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Azad Həsənli - Trend:

Türkiyə 2017-ci il yanvarın 1-dən Azərbaycan və Qazaxıstanla preferensial ticarət haqqında sazişin reallaşdırılmasına başlayacaq. Bu barədə Trend "Haber7" qəzetinə istinadən məlumat verir.

Bu, Türkiyə İqtisadiyyat Nazirliyinin hazırladığı "yol xəritəsi" ilə nəzərdə tutulub.

Məlumata görə, Türkiyə artıq Pakistanla azad ticarət haqqında sazişin imzalanması üçün təşəbbüs göstərib. Analoji sazişlərin Yaponiya, Meksika, Peru və Ukrayna ilə imzalanması gözlənilir.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR