Türkiyə hüquq-mühafizə orqanları 384 PKK terrorçusunu ələ keçirib

Türkiyə hüquq-mühafizə orqanları 384 PKK terrorçusunu ələ keçirib
16:19 8 Yanvar 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı son 2 gün ərzində Silopidə həyata keçirilən əməliyyatlarda 58 PKK terrorçusunun yaxalandığını bəyan edib.

 

Lent.az Doğan xəbər agentliyinə istinadən xəbər verir ki, beləliklə, Türkiyədə PKK terror təşkilatına qarşı həyata keçirilən son əməliyyatlar nəticəsində Diyarbakırın Sur rayonunda 68, Şırnakın Cizrə rayonunda 221, Silopi rayonunda isə 95 PKK üzvü zərərsizləşdirilib.

 

 

384 terrorçu diri ələ keçirilməklə yanaşı, onların hazırladığı 15 əldəqayırma bomba, 112 tüfəng və külli miqdarda başqa sursatlar ələ keçirilib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227964

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR