UEFA 2015-in ən yaxşı komandasını açıqladı - FOTO/SİYAHI

UEFA 2015-in ən yaxşı komandasını açıqladı -   FOTO/SİYAHI
18:57 8 Yanvar 2016
38 İdman
Ölkə mətbuatı
A- A+

UEFA 2015-ci ilin rəmzi komandasını açıqlayıb. Fanat.az xəbər verir ki, 7 milyon 50 min 428 nəfərin iştirak etdiyi sorğuda ən çox Lionel Messi səs toplayıb - 448 min 445.

Kriştiano Ronaldo 260 min 811 səs toplayıb. "Real"ın ulduzu 11 futbolçu arasında Cerard Pikedən sonra ən az səs yığan olub.

Siyahıda ən çox "Barselona"nın futbolçusu təmsil olunub - 5 nəfər. "Real"ın 3, "Bavariya"nın 2, "Yuventus"un 1 üzvü ən yaxşılar arasında yer alıb.

Ölkələrə gəlincə, siyahıda ən çox İspaniyanın futbolçusu var. Belə ki, 3 ispan futbolçu ən yaxşı olub. Braziliyanın 2, Almaniya, Avstriya, Fransa, Kolumbiya, Argentina və Portuqaliyanın bir təmsilçisi fərqlənib.

Sorğuya qatılan 7 milyon 50 min 428 nəfər arasında ən çox Avropa sakinləri yer alıb. Belə ki, səs verənlərin 53 faizi "köhnə qitə"nin sakinləridi. İştirakçıların 19 faizi Asiya, 15 faizi Cənubi Amerika, 8 faizi Şimali Amerika, 4 faizi Afrika, 1 faizi isə Okeaniyanı təmsil edir. 

Qapıçı
Manuel Noyer (Alamaniya - Bavariya, Almaniya - 379 min 304 səs).

Müdafiəçilər
Daniel Alveş (Braziliya - Barselona, İspaniya - 291 min 611)
Cerard Pike (İspaniya - Barselona, İspaniya - 254 min 279)
Serxio Ramos (İspaniya - Real, İspaniya - 330 min 647)
David Alaba (Avstriya - Bavariya, Almaniya - 433 min 244)

Yarımmüdafiəçilər
Pol Poqba (Fransa - Yuventus, İtaliya - 361 min 421)
Ceyms Rodriges (Kolumbiya - Real, İspaniya - 260 min 871)
Andres İnyesta (İspaniya - Barselona, İspaniya - 401 min 574)

Hücumçular
Kriştiano Ronaldo (Portuqaliya - Real, İspaniya - 260 min 811)
Lionel Messi (Argentina - Barselona, İspaniya - 448 min 445)
Neymar (Braziliya - Barselona, İspaniya - 282 min 327).


Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-uefa-2015-in-n-yax-komandasn-acqlad-t46653.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR