Karamelli banan piroqu

Karamelli banan piroqu
07:05 9 Yanvar 2016
55 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az karamelli banan piroqunun hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

xəmir: 

100 q yumşaq kərə yağı
100 q şəkər tozu
1 iri yumurta
100 q un
1/2 ç.q. qabartma tozu
50 ml süd
1/2 ç.q. vanil  cövhəri

iç: 

2 ortaboy banan

karamel:

50 q kərə yağı
150 q qəhvəyi şəkər tozu
1/2 ç.q. darçın

Xəmir: kərə yağını şəkər tozu ilə ağarıb şişənəcən çalın, yumurta əlavə edib bir daha çalın, vanil cövhəri qatın. Unu qabartma tozu ilə ələyin. Yarısını xəmirə qatın, qarışdırıb süd tökün, bir daha qarışdırıb unun qalanını əlavə edin. Yaxşıca qarışdırın. 

Karamel: tavaya kərə yağı və şəkər tozunu tökün, orta itilikli odda şəkər dənələri əriyib eynicinsli kütlə alınanadək qızdırın, darçını əlavə edin. 

Karameli formanın dibinə tökün. Üzərinə 0,5 sm qalınlıqda doğranmış bananı düzün. Bananın üzərinə xəmiri bərabər yayın.  

180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Formada 3 dəqiqə soyudandan sonra qaba tərs çevirib süfrəyə verin. 

Nuş olsun! 

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/396403.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR