Kral gəlini belə yaşayır... - FOTOSESSİYA

Kral gəlini belə yaşayır... - FOTOSESSİYA
10:09 9 Yanvar 2016
117 Maraqlı
Ölkə mətbuatı
A- A+

Qadın haqlarının pozulduğu, qadına qarşı şiddətin ən çox törədildiyi Səudiyyə Ərəbistanında həmcinsləri arasında gözəçarpan bir qadın var: Deena Abdulaziz (Dina Əbdüləziz).

O, krallığın gəlinidir, Səudiyyə şahzadəsi Əbdüləziz bin Nasir Əbdüləziz bin Al Səudin həyat yoldaşıdır. Cütlüyün bir qızı və əkiz oğlanları var. Onu fərqləndirən isə qeyri-adi tərzinin olmasıdır.

"Qafqazinfo"nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Dina moda anlayışından yararlanaraq Ər-Riyadda özünə "D'NA" adlı butik açıb. Butik adətən, bağlı olur, ora ancaq şahzadənin dəvəti ilə daxil olmaq olar. Mağzadakı bütün kolleksiya ancaq Dinanın seçimi ilə hazırlanır.

Dina dəbdəbəli moda həftələrində tez-tez olur. Ərəb şahzadəsinin Nyu-Yorkda moda həftələrində geyindiyi paltarlar dəb tənqidçilərinin də diqqətini çəkir, hətta onları heyran edir. Dina geyimlərində Qərb və şərq ənənələrini birləşdirir, bu isə, ona fərqlilik qatan özəlliklərdən biridir.

Şahzadənin, demək olar ki, hər obrazı bəzək əşyaları ilə tamamlanıb. Dina "arm candy" tərzində üzüklərdən istifadə etməyi sevir. Onun çox sevdiyi aksessuarları arasında "Olympia Charlotte" - orijinal klatç-kitabları həmişə görmək olar.

Onun stilini fərqləndirən isə qısa saç kəsimi, qısa paltarlardır. Halbuki, Ərəbistanda qadınlar üçün vacib olan saçlarının uzun olmasıdır. Dina bu cür streotiplərdən yan keçərək özünü tam başqa bir ruhda, özü üçün fərqli tərz formalaşdırıb. Bu da onun Nyu-Yorkda uzun illər yaşamağından irəli gəlir.

Kralın gəlininin fotoları:
















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/396424.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR