Yaya Ture təəccübünü gizlədə bilmədi

Yaya Ture təəccübünü gizlədə bilmədi
08:27 9 Yanvar 2016
22 İdman
Ölkə mətbuatı
A- A+

"Manchester City"nin kapitanı Yaya Ture 2011-ci ildən ardıcıl 3 dəfə Afrikanın ən yaxşı futbolçusu seçilirdi. 2015-ci ilin nəticələri isə təcrübəli yarımmüdafiəçini taxtından salıb. Kot-d`İvuar millisi ilə qitənin ən güclüsü olan Ture xalların sayına görə qabonlu Obameyanqdan geridə qalıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Ture buna təəccübləndiyini bildirib.

"Afrikanın belə reaksiyası, qitənin işlərini vacib saymaması kədərlidir. Mən təəccübümü gizlədə bilmirəm. Biz afrikalılar, buranın gözümüzdə əhəmiyyətini anlamırıq. İnsanlar xaricdə baş verənlərə daha çox önəm verirlər. Bu, məni məyus edir. Mükafatı 2015-ci ildə Afrika Millətlər Kuboku turnirində uğur qazanmış komandanın üzvü almalı idi".

Xatırladaq ki, Kot-d`İvuarın qalib olduğu turnirdə Qana ikinci yeri tutmuşdu. Obameyanqın liderlik etdiyi Qabon millisi isə qrup mərhələsində mübarizəni dayandırmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/396434.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR