Aşağı Güzdək qəsəbəsində mənşəyi məlum olmayan 4 tona yaxın ət aşkarlanıb

Aşağı Güzdək qəsəbəsində mənşəyi məlum olmayan 4 tona yaxın ət aşkarlanıb
22:08 9 Yanvar 2016
44 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 yanvar, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə ərazisində epizootoloji sabitliyin saxlanması, əhalinin sağlamlığının təhlükəli yoluxucu xəstəliklərdən və qida zəhərlənmələrindən qorunması istiqamətində tədbirləri davam etdirir.
DBNX-nin mətbuat katibi Yolçu Həsənov AZƏRTAC-a bildirib ki, Dövlət Baytarlıq Nəzarəti Xidməti yanvarın 9-da Abşeron rayonunun Aşağı Güzdək qəsəbə sakini, icarədar Sərdar Şıxəliyevə məxsus heyvanların kəsimi və qəbulu məntəqəsində reyd keçirib. Daxili İşlər Nazirliyinin karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun iştirakı ilə aparılan reyd nəticəsində mənşəyi məlum olmayan, qida üçün keyfiyyəti və yararlılığı şübhə doğuran 4 tona yaxın heyvan cəmdəkləri, xeyli miqdarda sümükdən ayrılmış ət aşkar olunub.
Mənşəyi məlum olmayan həmin heyvan cəmdəklərindən nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcək.
Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, mənşəyi məlum olmayan, keyfiyyəti şübhə doğuran, insanların sağlamlığı üçün təhlükə törədən heyvandarlıq məhsullarının emalının və satışının qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Asagi_Guzdek_qesebesinde_menseyi_melum_olmayan_4_tona_yaxin_et_askarlanib-917286

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR