Millimizin rəqibi müəyyənləşdi

Millimizin rəqibi müəyyənləşdi
09:17 10 Yanvar 2016
37 İdman
Ölkə mətbuatı
A- A+

FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının son rəqibi müəyyənləşib.

Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamız 7-ci yer uğrunda oyunda Belarusun U-19 komandası ilə üz-üzə gələcək.

Yanvarın 12-də Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/396653.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR