Məhşur aktyor dünyanın bir nömrəli narkobaronu ilə əlaqədə ittiham edildi (FOTO)

Məhşur aktyor dünyanın bir nömrəli narkobaronu ilə əlaqədə ittiham edildi (FOTO)
11:56 10 Yanvar 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Amerikalı aktyor Şon Penn iki gün əvvəl həbs edilən dünyanın bir nömrəli narkobaronu Xoakin Qusmanla görüşdüyü üçün istintaqa cəlb edilib.

ANS PRESS-in xarici KİV-nə istinadən verdiyi məlumata görə,ötən il ən güclü qorunan həbsxanadan tünel qazaraq qaçmağı bacaran X. Qusman aktyora gizli müsahibə verməyə macal tapıb.

NBC News telekanalının məlumatına görə, Meksika hökuməti məşhur aktyor Şon Penn və meksikalı aktrisa Keyt Del Kastilyo barəsində araşdırmalara başlayıb.

Müsahibə adı açıqlanmayan məxfi yerdə aparılıb və yanvarın 9-da "Material Rolling Stone" jurnalının elektron versiyasında dərc edilib. Eyni zamanda Associated Press agentliyi xəbər verir ki, Qusmanın aktyora müsahibəsi onun yerinin müəyyən edilməsi üçün şərait yaradıb.

Məqalədə Şon Penn və narkobaronun fotosu da dərc olunub. Şəkil müsahibənin həqiqi olduğunu müəyyən etmək üçün çəkilib.


Aktyor Şon Penn solda, narkobaronu Xoakin Qusman sağda

Şon Pen istintaqa verdiyi açıqlamada müsahibə onun tanımadığı meksika cəngəlliklərdən birində baş tutub və təxminən yeddi saat davam edib. Söhbət zamanı onlarla birlikdə meksikalı aktrisa Keyt del Kastilyo da olub. Aktyor narkobaron ilə meksikalı aktrisa Keyt del Kastilyo vasitəsilə əlaqə yarada bilib. Polis isə məhz bu gizli müsahibədən sonra məhşur narkobaronun izinə düşüb.

Yanvarın 9-da Meksika polisi “Bəstəboy” ləqəbli məşhur narkobaron Xoakin Qusmanı tutub. Tutulan şəxs "Sinaloa" kartelinə rəhbərlik edib.

“Bəstəboy” 2015-ci il ən güclü qorunan həbsxanadan tünel qazaraq qaçmağı bacarmışdı. “Missiya yerinə yetirildi, biz onu yaxaladıq. Xəbər vermək istəyirəm ki, Meksika vətəndaşı Xoakin Qusman Loera saxlanılıb”, - deyə Meksika prezidenti "Tvitter" hesabında yazıb.


Xoakin Qusman həbs edilərkən

Tam adı Xoakin Arçivaldo Qusman Loera olan narkobaron, eyni zamanda “El Çapo” ləqəbiylə tanınıb. Qusman uzun illər axtarışda olub və bir neçə dəfə həbsxanadan qaçıb. Vaxtiylə ABŞ Dövlət Departamenti narkobaronun tutulmasına dəstək verən məlumat üçün 5 milyon dollar mükafat vəd edib.

O, həbsxananın hamamında qazılmış 1.5 km uzunluqlu tunellə qaça bilmişdi. İyuldakı sensasiyalı qaçışı onun həbsdən ilk qaçışı olmayıb.

Son iki ildə ABŞ-da və Meksikada Qusmanın bir neçə yaxın qohumunu və silahdaşını həbs edib. “Forbes” jurnalı onun sərvətini təxminən bir milyard dollar səviyyəsində qiymətləndirib.


Meksikanın xəritəsi

Dünən isə həbs olunan "El Çapo" ləqəbli narkobaron Xoakin Qusmanın oğlanları hökuməti təhdid edib.

Alfredo Quzman və İvan Arçivaldo Qusman "tvitter" səhifəsi vasitəsi ilə hökumətə ünvanladıqları xəbərdarlıqda bu sözləri qeyd ediblər:

“Siz nə etdiyinizi və başınızı hansı bəlaya soxduğunuz bilmirsiniz. Mənimlə ədalətli davransanız, mən də müqəddəs insan olaram. Əks halda, mən zəhərəm və hökumət Qusmanları tanıyacaq”.

Meksika mediyası "tvitter" səhifələrinin Qusmanlara aid olduğunu təsdiqləyib. Hər iki səhifənin 250 mindən çox təqibçisi var.

Quzmanın Amerika həbsxanasına ekstradisiyası gözlənilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369335

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR