İsveçdə terror həyəcanı

İsveçdə terror həyəcanı
20:57 10 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+

İsveçin Skavasta hava limanı terror təhlükəsi səbəbi ilə boşaldılıb.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumat "Reuters" agentliyində yer alıb.

Rəsmilərin açıqlamalarına görə, Skavasta hava limanında baqajın partlayıcı və yaxud yanıcı bir maddə siqnalı verməsindən sonra sərnişinlər və işçilər təxliyyə olunublar.

Rəsmilər Stokholmdan bomba mütəxəssislərinin gətirildiyini bildiriblər.

Hava limanı rəsmiləri verdikləri açıqlamada hadisəni təsdiqləyiblər və təyyarələrin alternativ bir sahəyə endiklərini bildiriblər. Lakin uçuşlar barəsində heç bir məlumat verilməyib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR