Aktyor və aktrisanın izinə düşdülər, onu tutdular - VİDEO - FOTO

Aktyor və aktrisanın izinə düşdülər, onu tutdular - VİDEO - FOTO
13:32 11 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın ən təhlükəli narkobaronu, Meksikadakı "Sinaloa" narkokartelinin başçısı, "El Çapo" ("Tösmərək") ləqəbli Xoakin Qusmanın ələ keçirilməsində amerkialı aktyor, Hollivud ulduzu Şon Penn mühüm rol oynayıb.

İki "Oskar" mükafatlı aktyor "El Çapo" ilə görüşərək Rolling Stones jurnalı üçün müsahibə alıb.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, milyarder narkobaronun izinə onlar məhz Şon Penni təqib edərək düşüblər.

Məhz bu müsahibə sayəsində Meksika və ABŞ polisi "El Çapo"nun gizləndiyi yeri müəyyənləşdirə biliblər.

Rolling Stones "El Çapo" ilə müsahibəni yanvarın 9-da dərc edib. Jurnalın redaksiyası bildirir ki, müsahibə Qusman tutulana qədər götürülüb.

Aktyor "El Çapo" ilə müsahibəni meksikalı aktrisa Keyt del Kastilyon vasitəsilə alıb. Məhz aktrisa narkobaronla danışıqlar aparıb, daha sonra isə Şon Penni Meksikada müşayiət edib.

Müsahibənin ötən ilin oktyabrında alındığı vurğulanıb.

Jurnal bu müsahibəyə görə sərt tənqid olunur.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396786.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR