Elçinlə Zamiq belə barışdı – video

Elçinlə Zamiq belə barışdı –  video
13:56 11 Yanvar 2016
22 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Elçin Hüseynov və Zamiq Hüseynov “ATV maqazin onlarla” kamerası qarşısında barışıb.

Axşam.az-ın məlumatına görə, Z.Hüseynov Elçinlə yaxın dost olduqlarını deyib:

“Haqqımızda nələrsə yazdılar. Bilirdim ki, Elçin o sözləri mənə demir. Çünki neçə illik dostumdur. Zəng vurub təsdiqlədi ki, həmin sözləri mənə ünvanlamayıb. Bizə yaraşmaz ki, ailələrimizin qarşısında elə sözlər deyək. Biz şou-biznes nümayəndələri kənarda başqa cür görünürük. Amma içimizdə bir-biri ilə mehriban olanları da var”.

E.Hüseynov da barışmalarını belə təsdiq edib:

“Soyadlarımız eynidir, biz əmioğluyuq. Aramızdan su da keçməz. Ailədə də söz-söhbət olur. Narazıçılıqlar olsa belə biz qardaşıq. Dediyimin arxasından qaçmıram. Amma o sözləri Zamiqin ünvanına deməmişdim. Mənə sual veriləndə də Zamiqin adı çəkilməmişdi. Elə düzüb-qoşdular ki, guya hər şeyi ona deyirəm”.

Qeyd edək ki, E.Hüseynov verilişlərin birində həmkarı haqda tənqidi ifadələr işlətmişdi:

“Bəzi şeylər var ki, efirdə onlarla bağlı çox söz demək olmur. Kişinin sanbalı olmalıdır. Birinci insan, şəxsiyyət olmalıdır, sənət sonra gəlir. Bədən formasını Allah qismət edir. Hərə bir cür yaranıb. Efirə çıxanda tamaşaçı gərək birinci onu ayırd edə bilsin ki, bu qadındır, yoxsa kişi? İlk şərt budur. "Qarınlıdır, qarınsızdır" müzakirəsi lazım deyil. Allahımdan başqa heç kimdən qorxmuram. Heç kimdən çəkinmirəm. Biri saçını uzadır, biri keçi saqqalı edir, biri sırğa taxır. Səhnə bunlarla gözəlləşmir. Səhnəni sənətlə, oxumaqla gözəlləşdirmək lazımdır. Efir elədir ki, bir kəlmə söz dedinsə, sənin deyil. Sözü fikirləşib demək lazımdır. Ona görə də toylarda gündə bir müğənni döyürlər. 20 ildir sənətdəyəm. Tək Azərbaycanı yox, bütün Rusiyada toyları gəzmişəm. Bir dəfə xətrimə dəyən olmayıb. İnsan səmimi olmalı, şəxsiyyətinə hörmət etməlidir. "Kim kökdür, kim arıqdır" sözləri xanıma aiddir. O sözü deyənin də bəzi orqanlarında xanım orqanları var".


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43999

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR