Nizami Kino Mərkəzindən xeyirxah addım

Nizami Kino Mərkəzindən xeyirxah addım
18:03 11 Yanvar 2016
11 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 yanvar, AZƏRTAC
“Ümid yeri” uşaq sığınacağının sakinləri Nizami Kino Mərkəzində ABŞ istehsalı olan “Ov mövsümü” animasiya filmini ödənişsiz izləyiblər.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, uşaqlar sonra kinomərkəzin restoranında nahara dəvət olunub. Nahardan əvvəl onlara məşhur animator “Mister White” (Oleq) köpük şousu göstərib.
Sığınacağın rəhbəri Nigar Mənsimli balaca qonaqlar adından bu xeyirxah addıma görə təşəkkürünü bildirib. O, sığınacaqda yaşayan, valideyn himayəsindən məhrum olan uşaqlar üçün bu tədbirlərin böyük mənəvi rolunu qeyd edib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nizami_Kino_Merkezinden_xeyirxah_addim-917530

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR