“Həddən artıq uyğunluq” filminin çəkilişləri davam edir

“Həddən artıq uyğunluq” filminin çəkilişləri davam edir
10:48 12 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Həddən artıq uyğunluq” tammetrajlı bədii filminin çəkilişləri davam edir.
Kinostudiyadan AZƏRTAC-a bildirilib ki, filmin ssenari müəllifləri Aleksandr Mərdan və Ramiz Fətəliyev, quruluşçu rejissoru Ülviyyə Könül, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Tofiq Musayev, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Xalq Artisti Afaq Bəşirqızı, aktyorlar Tural Əsədov, Aydan Axundova, Kamran Ağabalayev, Azərbaycan əsilli ABŞ aktrisası Evgeniya Orucova və digərləri canlandırırlar.
Filmin çəkilişləri ABŞ-da və Azərbaycanda aparılır.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Hedden_artiq_uygunluq_filminin_chekilisleri_davam_edir-917649

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR