"Apple" istifadəçilərinə şad xəbər

"Apple" istifadəçilərinə şad xəbər
12:38 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

İOS platforması 9.3 saylı yenilənməsini təqdim edib.

Milli.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İOS 9 əməliyyat sisteminin yeni versiyası iPhone, iPad və iPod touch istifadəçiləri üçün əlçatan olub. Platformanın əsas xüsusiyyətləri məhsuldarlığın yaxşılaşdırılmasıdır. Bu versiyada iPad və iPhone üçün yeni xüsusiyyətlər istifadəyə verilib. 

Ən çox diqqət çəkən yenilik birdən çox iPhone modelinin "Apple Watch" ilə sinxronizasiya edilə bilməsi imkanıdır. Bunun üçün isə "ağıllı saat"ınıza  watchOS 2.2 yeniləməsini yükləmək lazımdır.

2-ci yenilik isə göz sağlamlığının qorunması üçün nəzərdə tutulan "Night Shift mode"dur. Bu xüsusiyyətə görə cihazınız hansı məkanda olmağınızdan və saatdan asılı olaraq ekranın parlaqlığını tənzimləyir.

Həmçinin bu versiyada Siri üçün yeni dillər və digər xırda xüsusiyyətlər də əlavə edilib.

Qeyd edək ki, əməliyyat sisteminin yeni versiyası "Apple" şirkətinin müvafiq qurğuları üçün ödənişsizdir.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/397140.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR