​İrana qarşı sanksiyalar: Qərbin yerini ərəblər tutmağa hazırlaşır

​İrana qarşı sanksiyalar: Qərbin yerini ərəblər tutmağa hazırlaşır
13:17 12 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanı ilə İran arasında başlayan siyasi-diplomatik qalmaqal genişlənməkdə və daha ciddi xarakter almaqdadır.
Bunun İranla "altılıq" (ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Rusiya və Çin ) ölkələri arasında əldə edilən razılığın həyata keçməsi ərəfəsində baş verməsi Tehrana qarşı tətbiq edilən sanksiyaların və bu yasaqların müəlliflərinin ünvanlarının dəyişməsi ilə nəticələnə bilər. Bu ehtimalı təsdiqləyən bir sıra amillər var.
Ərəb Dövlətləri Liqası xarici işlər nazirlərinin bazar günü Qahirədə keçirilən növbədənkənar iclasında qəbul edilən bəyanatda, Səudiyyə Ərəbistanının ərazi bütövlüyü və suverenliyi bir daha tanınıb, ona hörmətlə yanaşılmasının vacibliyi vurğulanıb. Toplantıda Misir, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt nümayəndələrindən ibarət işçi qrup yaradılıb. Bu qrup İranın səhvlərini araşdıraraq, məsələni BMT-nin müzakirəsinə təqdim edəcək.
Sənəddə son 10 ildə İranla ərəb dövlətləri arasında yaşanan gərginliyin artan xətt üzrə inkişaf etdiyi də vurğulanıb. Diplomatlar bildiriblər ki, İran ərəb dövlətləri arasındakı mövcud gərginliyi aradan qaldırdığını əməli ilə sübut etməlidir.
Ərəb Dövlətləri Liqasının baş katibi Nəbil əl-Ərəbin vurğulayıb ki, İranın ərəb dövlətlərinə müdaxiləsinə son qoymaq üçün quruma üzv dövlətlər bir mövqeydən çıxış etməlidir.
İranın xarici işlər naziri Məhəmmədcavad Zərif isə məsələyə münasibət bildirərək deyib ki, Səudiyyə Ərəbistanı Tehranın nüvə proqramı ilə bağlı əldə edilən razılaşmanı pozmağa çalışır.
Qeyd edək ki, 2015-ci il iyulun 14-də "altılıq" ölkələri ilə İran arasında razılaşma əldə olunub. Ötən ilin oktyabrın 18-də qüvvəyə minən razılaşmaya əsasən, rəsmi Tehran nüvə proqramının məhdudlaşdırılması ilə bağlı öz üzərinə bir sıra öhdəliklər götürüb, habelə zənginləşdirilmiş uranı və ağır suyu ölkədən çıxarmağa razılıq verib. Bunun qarşılığında İrana qarşı tətbiq olunan iqtisadi sanksiyalar mərhələli şəkildə aradan qaldırılacaq.
Ötən həftə İran ilk dəfə olaraq neft məhsullarını Avropa Birliyi bazarına qanuni şəkildə çıxarıb və bank hesablarına bu sahədən maliyyə vəsaiti də daxil olub.
ABŞ isə İranla ticarət əlaqələrinə başlamağa tələsmir. Ötən ilin oktyabrında ABŞ prezidenti Barak Obama Tehrana qarşı sanksiyaların qaldırılması haqda sənədi imzalamışdı. Ötən ilin sonunda isə ballistik raket proqramının hazırlanmasında şübhəli bilinən İranın fiziki və hüquqi şəxslərinə ABŞ rəhbərinin qadağalar tətbiq edəcəyi haqda məlumatlar yayılmışdı.
Məlumata görə, son aylarda Ağ Ev İranın bir neçə vəzifəli şəxsinə sanksyia tətbiq edəcəyi haqda xəbərdarlıq edib.
İranın ali rəhbəri isə bu çıxışları razılaşmanın pozulması kimi dəyərləndirib. İslam Respublikası parlamentinin sədri Əli Laricani ABŞ rəsmilərinin son çıxışlarına münasibət bildirərəkən deyib ki, bu sayaq bəyanatlar İranla "altılıq" ölkələri arasında əldə olunan razılaşmaya ziddir.
ABŞ-ın dövlət katibi Con Kerri ötən il İranla aparılan diplomatik müzakirələrdən danışarkən deyib. "İşlər qaydasında gedərsə, yaxın günlərdə İranla razılaşma qüvvəyə minəcək".
C.Kerri ötən il İranın xarici işlər naziri Məhəmmədcavad Zəriflə keçirdikləri görüşlərə də toxunub: "Onunla razılaşmanın həyata keçməsi məsələsində danışıqlarımız olub. Məhəmmədcavad Zərif İranın üzərinə düşən öhdəlikləri sürətlə yerinə yetirmək niyyətində olduğunu söyləyib. İndi razılaşma günü yaxınlaşır. Belə bir vəziyyətdə öhdəliklərimizə əməl etməliyik. Dəqiq tarix deyə bilməsəm də, bunun yaxın günlərdə olacağını düşünürəm".
Onun sözlərinə görə, İran zənginləşdirilmiş uranın böyük bir qisminin ölkədən çıxarıldığını və Rusiyaya məxsus bir gəmi ilə daşınaraq, məhv edildiyini bildirib.
C.Kerri deyib ki, tərəflər bir yandan razılaşmanın şərtlərinin yerinə yetirilməsini, digər tərəfdən isə İranın raket sınaqları kimi fəaliyyətini müşahidə edəcəklər.
İran rəsmiləri yanvarın ortalarında sanskiyaların aradan qaldırmağa başlanacağını və nəticədə ölkə iqtisadiyyatını dirçəldəcəklərini, bunun üçün müxtəlif layihələr həyata keçirəcəklərini, hətta Avropanın təbii qaz bazarında Rusiya ilə rəqabət apara biləcək gücdə olduqlarını deyir, bunun anonsunu verirlər.
Amma Tehran rəsmilərinin narahatlığı da var və baş verən proseslər, qeydə alınan faktlar bu narahatlığın əbəs olmadığını göstərir. Bununla bağlı arqumentlər də var.
Ərəb dövlətləri İranın ölkələrinin daxili işlərinə qarşımasından narahatdır və bunu dəfələrlə bildiriblər. Sanksiyalar aradan qaldırılacağı halda onlar bazardakı bir sıra müştərilərini itirəcəklərindən ehtiyat edirlər. Qərb dövlətləri ilə neft-təbii qaz sahəsində ticarət həm də bir sıra ərəb dövlətlərinin və oradakı hakimiyyətlərin mövcudluğu üçün təminat da sayıla bilər.
Bu baxımdan ərəblər neft və təbii qazın qiymətini ucuzlaşdırmaqla əsas rəqiblərindən birini-İranı azından neytrallaşdırmaq, ya da onların qaydaların ilə oynamasını istəyir.
İrana münasibət məsələsində ABŞ-la ərəblərin mövqeyi oxşardır. Həm ərəblər, həm də amerikalılar İranın nüvə proqramından ehtiyat edir. Bu təhlükə hələ aradan qalxmayıb. Bundan başqa rəsmi Vaşinqton Tehranın ballistik raket proqramına da malik olmasından və onu gizli formada icra etməsindən şübhələnir. Bundan ərəblər də narahatdır. Eyni zamanda, İranın Rusiya ilə bölgədə müttəfiqliyi ərəb dövlətləri və ABŞ-ın ürəyincə deyil, yaxud bu münasibəti xoşlamırlar.
Ehtimal edilir ki, sanksiyalara qədərki çətin iqtisadi vəziyyətində Suriya, İraq, Yəmən və Livandakı qüvvələrinə maliyyə yardımı edən İran hakimiyyəti, yasaqlar götürüldükdən sonra bu pulları həmin ölkələrdə və başqa ərazilərdə mövqelərini möhkəmləndirməyə xərcləyəcək. Başqa sözlə Qərb İrandakı hakimiyyətə hələ də etibar etmir.
Ərəb dövlətləri də yaranmış vəziyyətdən təhlükəsizliklərini təmin etmək, eləcə də bölgəyə perspektivdə nəzarət etmək baxımından yararlanmağa və karbohidrogen daşıyıcıları bazarında üstünlüyü əldən verməməyə çalışırlar.
Odur ki, Qərb dövlətləri İrana qarşı sanksiyanı ləğv edərsə, o zaman Tehran hakimiyyəti bölgə dövlətləri, xüsusən də Ərəb Liqasına üzv ölkələrin qadağaları ilə üzləşə bilər. İrana qarşı Qərbin sanksiyalarının yerinə bölgə ölkələrinin qadağalar tətbiq etməsi ehtimalı çoxdur. Etimad olmadığından, yaxud beynəlxalq aləmdə etibar qazananadək İran hakimiyyətinə qarşı sanksiyaların tətbiq ediləcəyi gözlənilir. Liqaya üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısı İrana qarşı Qərbin sanksiyalarının ərəblərin qadağaları ilə əvəz olunacağına işarədir.




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycanda keçmiş bələdiyyə sədri həbsdə öldü

22 Sentyabr 2017 17:29

Bakıda polis bölmələrindən birinə yeni rəis təyin edilib

22 Sentyabr 2017 17:27

"Azərbaycan iqtisadiyyatının dinamik inkişafı qorunub saxlanıb"

22 Sentyabr 2017 17:27

Sabiq nazir müavinin oğlu ölkədən çıxıb

22 Sentyabr 2017 17:24

Sentyabrın 25-nə manatın MƏZƏNNƏSİ

22 Sentyabr 2017 17:23

“2018-ci ilin yazında müharibə...” - Rusiyalı ekspertdən PROQNOZ

22 Sentyabr 2017 17:23

Novak: "Bu ilin II yarısında neftə tələbat artacaq"

22 Sentyabr 2017 17:22

Növbəti 3 günə olan məzənnə

22 Sentyabr 2017 17:21

"Ağıllı" qapı zəngi hazırlanıb - FOTO

22 Sentyabr 2017 17:18

Almaniya Vyetnamla strateji tərəfdaşlığı dayandırır

22 Sentyabr 2017 17:17

Hərbi təlimlərə döyüş helikopterləri də qoşulub

22 Sentyabr 2017 17:15

“Çelsi” rəsmən təsdiqlədi: Kosta “Atletiko”da

22 Sentyabr 2017 17:14

Gənc Tamaşaçılar Teatrı oktyabr ayına olan repertuarını açıqlayıb

22 Sentyabr 2017 17:12

Sizi 15 günə qarın piylərindən 4 kilo xilas edəcək

22 Sentyabr 2017 17:10

2 başlı, 3 ciyərli, 4 əlli insanlar: Belə uşaqların doğulmaması üçün nə etməli? - ARAŞDIRMA

22 Sentyabr 2017 17:08

“Qara Bazar”a son zərbə

22 Sentyabr 2017 17:04

Lütfi Zadənin nəşinin Bakıya gətirilməsinin GECİKMƏ SƏBƏBİ BİLİNDİ: "Cümə günü..."

22 Sentyabr 2017 17:03

Bakı-Qazax yolunda yol qəzası baş verib, iki nəfər xəsarət alıb

22 Sentyabr 2017 17:02

Bu il İtaliya səfirliyinin azərbaycanlı tələbələrə verdiyi vizaların sayı açıqlanıb

22 Sentyabr 2017 17:02

Mədəniyyət və Turizm Nazirliyi Mirzə Ələkbər Sabirin ev muzeyinin sökülməsinə münasibət bildirib

22 Sentyabr 2017 16:57

Hərdən AFFA və PFL-ə yazığım gəlir

22 Sentyabr 2017 16:57

“Bu, Türkiyənin milli təhlükəsizlik məsələsidir”

22 Sentyabr 2017 16:56

İstanbulu fəth edən Çinarə Məlikzadə bütün GİZLİNLƏRİNİ AÇDI: “Ailə qurandan sonra...” - MÜSAHİBƏ

22 Sentyabr 2017 16:53

Üzeyir Hacıbəyova qarşı tərbiyəsizlik edənlərə CƏZA

22 Sentyabr 2017 16:51

Prezident İlham Əliyev: "Bu gün Azərbaycan ictimai-siyasi cəhətdən sabit, iqtisadi gücü sürətlə artan və irimiqyaslı layihələr icra edən ölkədir"

22 Sentyabr 2017 16:47

Bakıda avtobuslarda gediş haqqı bahalaşıb?

22 Sentyabr 2017 16:45

Röya Zabit Səmədovla SEVGİLİ OLMASINDAN DANIŞDI: “O mənim...” - FOTO

22 Sentyabr 2017 16:43

120 manata görə iki qardaşa 5 İL HƏBS

22 Sentyabr 2017 16:39

“İDEAL”ın keçmiş baş direktoruna cinayət işi açıldı

22 Sentyabr 2017 16:38

"Qara bazar"a son zərbə

22 Sentyabr 2017 16:37

Azərbaycanlı aktrisa çəkiliş meydançasında

22 Sentyabr 2017 16:37

“Hamı üçün İKT” sosial layihəsinə start verilib

22 Sentyabr 2017 16:35

Sifəti tanıyan qapı zəngi yaradılıb

22 Sentyabr 2017 16:35

“TurAz Qartalı-2017” təlimlərinə döyüş helikopterləri də qoşuldu

22 Sentyabr 2017 16:34

Piyadaların nəzərinə: Reyd keçirilir

22 Sentyabr 2017 16:33

Bakıda yeraltı və yerüstü keçidlərdən istifadə etməyən piyadalara qarşı reyd keçirilib

22 Sentyabr 2017 16:32

"QəbuldASAN" verilişi yeni mövsümə start verir

22 Sentyabr 2017 16:29

Baş nazir: “Ölkəmin zülmkar keçmişindən utanıram”

22 Sentyabr 2017 16:28

Bakıda V İnvestorlar Yarmarkası keçiriləcək

22 Sentyabr 2017 16:27

Qaradağda saxta pul əskinasları kəsməkdə təqsirləndirilən şəxslərin cəzaları azaldılıb

22 Sentyabr 2017 16:27

“Məşhurların çoxu belə arıqlayıb, hamısı gizlədir”

22 Sentyabr 2017 16:25

Poroşenko ABŞ-la silah razılaşmasından danışdı

22 Sentyabr 2017 16:23

Azərbaycan İpoteka Fondu daha 25 mln. manatlıq istiqraz yerləşdirməyə hazırlaşır

22 Sentyabr 2017 16:22

Millət vəkili Türkiyədə tədbirə qatıldı

22 Sentyabr 2017 16:19

Avropa çempionatı: Azərbaycan və Macarıstan voleybol yığmalarının heyəti müəyyənləşib

22 Sentyabr 2017 16:17

Azərbaycandan xaricə əməliyyata xəstə göndərilməsi dayandırıldı

22 Sentyabr 2017 16:14

Bu əlamətlər sizdə varsa, hepatitsiniz - Diqqət

22 Sentyabr 2017 16:13

AMEA Şərqşünaslıq İnstitutunda Əkrəm Rəhimlinin 85 illik yubileyi qeyd olunub

22 Sentyabr 2017 16:12

Rusiyanın sualtı gəmiləri İdlibi vurdu

22 Sentyabr 2017 16:12

Nalbandyan “əraziləri qaytarırıq” açıqlamasından İMTİNA ETDİ: "Mən..."

22 Sentyabr 2017 16:08