Azərbaycan yığması beynəlxalq turniri səkkizinci yerdə başa vurub

Azərbaycan yığması beynəlxalq turniri səkkizinci yerdə başa vurub
16:03 12 Yanvar 2016
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Azərbaycan millisi Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə çıxışını başa vurub.
AZƏRTAC xəbər verir ki, Sankt-Peterburqda təşkil olunan yarışda 17 yaşadək futbolçulardan ibarət komandamız Belarusun U-19 komandası ilə qarşılaşıb.
Yeddinci yer uğrunda görüşdə Təbriz Həsənovun yetirmələri ilk qolu vursa da, üstünlüyü qoruya bilməyiblər. Millimiz Doğukan Öksüzun oyunun 45-ci dəqiqəsində vurduğu qolla fasiləyə üstün yollanıb. Matçın sonlarında iki qol vuran Belarus yığmamıza ardıcıl ikinci məğlubiyyəti yaşadıb. Bu qələbə belaruslulara yeddinci olmaq imkanı verib. Komandamız isə turniri səkkizinci pillədə başa vurub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_yigmasi_beynelxalq_turniri_sekkizinci_yerde_basa_vurub-917775

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR