Millimiz 8-ci oldu

Millimiz 8-ci oldu
16:28 12 Yanvar 2016
21 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması VIII yeri tutub.

Trend AFFA-nın saytına istinadən məlumat verir ki, yığmamız 7-ci yer uğrunda oyunda bu gün Peterburqski İdman-Konsert Kompleksində Belarusun U-19 komandası ilə qarşılaşıb. Qarşılaşma 2:1 hesabı ilə belaruslu futbolçuların xeyrinə başa çatıb.

Xatırladaq ki, qrup mərhələsində Latviyanın U-19 komandası ilə heç-heçə (1:1) edən yığmamız bolqarıstanlı həmyaşıdlarına 2:0 hesabı ilə qalib gəlmiş, Sloveniyanın U-19 yığmasına isə məğlub olmuşdu – 0:4.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2479460.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR