Mərkəzi Bank sanksiya tətbiq edilməli olan şəxslərin siyahısını yeniləyib

Mərkəzi Bank sanksiya tətbiq edilməli olan şəxslərin siyahısını yeniləyib
17:44 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

 

Mərkəzi Bankın terrorçuluqla bağlı mübarizə çərçivəsində barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısı yenilənib.

 

Lent.az Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin saytına istinadən xəbər verir ki, Ümumi Siyahı milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilmiş fiziki və hüquqi şəxslərin Ölkədaxili Siyahısından və Beynəlxalq Siyahısından ibarətdir.

 

Ümumi Siyahının son versiyası Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (http://www.fiu.az/aze/umumi-siyahi/) yerləşdirilib, habelə aidiyyəti nəzarət orqanlarına, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərə göndərilib.

 

«Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Qanuna uyğun olaraq, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər Ümumi Siyahıda göstərilmiş fiziki və ya hüquqi şəxslərin pul vəsaitlərini və ya digər əmlakını aşkar etdikdə, qanunla müəyyən edilmiş qaydada belə pul vəsaitləri və ya digər əmlakla hər hansı əməliyyatı icra etməməli və bu barədə məlumatı Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinə təqdim etməlidirlər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228411

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR