Türkiyədə İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat keçirildi

Türkiyədə İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat keçirildi
08:16 13 Yanvar 2016
32 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin İstanbul şəhərində törədilmiş intihar partlayışından sonra Adana şəhərində polisin əməliyyat keçirərək, 16 İŞİD döyüşçüsünü həbs edib. ANS PRESS-in məlumatına görə, Adana Polis İdarəsinin Terrorla mübarizə şöbəsinin əməliyyatçıları, İŞİD şübhəlilərinin qaldığı evlərdə reyd keçirib.

İlk olaraq Seyhan rayonunda biri Türkiyə, dördü Tacikistan, biri Özbəkistan vətəndaşı olan şübhəlilərin qaldığı evə basqın olub. Polisin qapıda olduğunu eşidən şübhəlilər arxa qapıdan qaçmağa çalışıblar. Qısa təqibdən sonra polis şübhəliləri saxlayaraq, qandallayıb və şöbəyə aparıb.

Şübhəlilərdən biri, Türkiyə vətəndaşı jurnalistlərə “Hamınız cəhənnəmə düşəcəksiniz” deyə reaksiya göstərib. Əməliyyatçılar daha sonra Yüreği rayonunda yerləşən başqa bir evdə biri qadın olmaqla 3 nəfəri həbs edib. Bundan başqa Kıyıboyu rayonundakı yaşayış binasındakı mənzillərində keçirilmiş əməliyyatlarda isə Rusiya, Liviya vətəndaşlarının da olduğu 7 şübhəli yaxalanıb.

Şübhəlilərdən birinin bir müddət əvvəl İŞİD tərəfdən döyüşərkən yaralandığı ortaya çıxıb. Saxlanılanlar dindirilmələri üçün polis idarəsinə aparılıb.

Bundan başqa Türkiyənin müxtəlif vilayətlərində İŞİD terror qruplaşmasına qarşı keçirilən əməliyyatlarda 60-a yaxın silahlı saxlanılıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369545

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR