Azərbaycanda ötən il internat müəssisələrində yaşayanların sayı artıb

Azərbaycanda ötən il internat müəssisələrində yaşayanların sayı artıb
10:12 13 Yanvar 2016
18 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycanda ötən il internat müəssisələrində yerləşdirilənlərin sayı artıb.
Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, 2015-ci ilin statistikasına əsasən Azərbaycanda ahıllar, əlillər və sağlamlıq imkanları məhdud olan uşaqlar üçün ümumilikdə 7 internat evi var. Onlardan 2-i sağlamlıq imkanları məhdud olan uşaqlar üçün internat evləri, 5-i isə ahıllar və əlillər üçün müəssisələrdir. 
Belə ki, həmin müəssisələrdə hazırda ümumilikdə 1162 yer var və orada 817 nəfər yerləşdirilib. 2014-cü ilin məlumatına görə, bu müəssisələrdə yerlərin sayı 962 olub və həmin müəssisələrdə 698 nəfər yaşayıb.
Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün internat evlərində isə yerlərin sayı 370-dir və orada 314 nəfər yaşayır.

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/oten-il-internat-muessiselerinde-yasayanlarin-sayi-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR