"Həyat yoldaşım əlindən gələni edirdi ki..." - əməkdar artist

"Həyat yoldaşım əlindən gələni edirdi ki..." -  əməkdar artist
15:11 13 Yanvar 2016
151 Şou
Ölkə mətbuatı
A- A+

“18 yaşımda ailə qurmuşam. O vaxt deyirdilər ki, gecdi. Nənəm deyirdi "Bu evdə qaldı, arvad olmayacaq". Anam 14 yaşında ərə gəlib. Atamın isə 17 yaşı var imiş. Mən ilk məhəbbətdən dünyaya gəlmişəm”.

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Mətanət İsgəndərli “Mənim dünyam” verilişində deyib. O, sənətə gəlməyində həyat yoldaşının rolu olduğunu bildirib:

“Həyat yoldaşım indi dünyasını dəyişib, amma onun zəhmətini itirmərəm. Mənə sənətdə çox dəstəyi olub. Ailəmdə müğənnilik etməyimi qoymurdular. Həyat yoldaşım əlindən gələni edirdi ki, sənətdə qalım. Uşaqlarım olandan sonra sənədlərimi incəsənət universitetinə verdim”.

M.İsgəndərli oğlu Kərimin müğənni olmaq istədiyini deyib:

"Amma mən onun müğənni olmasını istəmirəm. Çox əziyyətlər çəkmişəm. İstəmirəm ki, oğlum da eynisini yaşasın. Gözəl səsi var. Onunla duet oxumağı düşünürəm"

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44170

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR