Qərb regionunda elektrik təsərrüfatı yenidən qurulur

Qərb regionunda elektrik təsərrüfatı yenidən qurulur
15:43 13 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
“Azərişıq” ASC respublikanın paylayıcı elektrik şəbəkələrinin yenidənqurulması istiqamətində kompleks işlər davam etdirilir. Bu məqsədlə ASC-nin Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) struktur tərkibinə daxil olan 110; 35; 10(6) və 0,4 kilovoltluq (kV) şəbəkələr yenidən qurulub, əsaslı və cari təmiri işləri aparılıb.
Səhmdar Cəmiyyətdən AZƏRTAC-a bildirilib ki, qış mövsümü üçün yarımstansiyaların, paylayıcı qurğuların, kabel və hava ötürücü xətləri üzrə normal və qəzasız iş rejiminin yaradılması məqsədilə tədbirlər həyata keçirilib. Qış aylarında enerji təchizatında heç bir problemin yaranmaması üçün xüsusi proqram hazırlanıb. Proqramın icrası üçün yarımstansiya və transformator məntəqələrində iki növbəli iş rejimi tətbiq olunub.
Bu dövrdə “Qərb” RETSİ-də 184 Komplekt Transformator Məntəqəsi, 17 kilometr yeraltı kabel, 67,3 kilometr ÖİN kabel, 59,2 kilometr hava xətləri quraşdırılaraq istismara verilıb. Abonentlərə sərfiyyatın düzgün hesablanması üçün yeni tipli 9925 sayğac istifadəyə verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qerb_regionunda_elektrik_teserrufati_yeniden_qurulur-918095

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR