SOCAR Gürcüstana yeraltı qaz anbarı tikməkdə kömək edəcək

SOCAR Gürcüstana yeraltı qaz anbarı tikməkdə kömək edəcək
20:43 13 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

SOCAR Gürcüstanda yeraltı qaz anbarının tikintisi layihəsində iştirak edəcək. Trend-in məlumatına görə, bunu "SOCAR Energy Georgia" törəmə şirkətinin rəhbəri Mahir Məmmədov "Rustavi-2" telekanalına müsahibəsində deyib.

O, Gürcüstan rəhbərliyi ilə keçirilən görüşdən sonra bildirib: "Biz Gürcüstanda yeraltı qaz anbarının tikintisini müzakirə etdik. Bu planı alqışlayır və tamamilə dəstəkləyirik. Mövcud razılaşmaya uyğun olaraq bu layihədə iştirak edəcəyik.

Gürcüstanın energetika naziri Kaxa Kaladze isə Azərbaycanın Gürcüstanın strateji tərəfdaşı olduğunu bir daha təsdiqləyib: "SOCAR bu layihədə iştirak etməkdə maraqlıdır. Düşünürəm ki, bu layihənin həyata keçirilməsi ölkəmiz üçün çox vacibdir".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2480105.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR