Azərbaycan Gürcüstana qaz tədarükünü maksimum artıracaq

Azərbaycan Gürcüstana qaz tədarükünü maksimum artıracaq
20:58 13 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

SOCAR Gürcüstana təbii qaz tədarükünü maksimum artıracaq. Trend-in məlumatına görə, bunu "SOCAR Energy Georgia" törəmə şirkətinin rəhbəri Mahir Məmmədov "Rustavi-2" telekanalına müsahibəsində deyib.

O, Gürcüstan rəhbərliyi ilə keçirilən görüşdən sonra bildirib: "Biz qış mövsümündə qaz verilişini müzakirə etdik. Belə ki, qış mövsümündə qaz istehlakı xeyli artır. Biz qaz tədarükünü maksimum - sutkada 7 milyon kubmetrədək artıracağıq".

M.Məmmədov qeyd edib ki, SOCAR Gürcüstana tədarük edilən qazın həcminin artırılması üçün yollar axtarır: "Xüsusilə də "Şahdəniz-1" mərhələsi çərçivəsində qış mövsümündə qazın verilişini artıracağıq".

Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib ki, ölkənin qaz istehlakı sutkada 11 milyon kubmetri ötüb.

Hazırda SOCAR Gürcüstana 6 milyon kubmetr qaz tədarük edir ki, mövcud bpru kəmərləri ilə bundan artıq almaq mümkün deyil.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2480106.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR