Davutoğlu: "İstanbulda törədilən terror aktı ilə bağlı daha 4 şəxs saxlanılıb"

Davutoğlu: "İstanbulda törədilən terror aktı ilə bağlı daha 4 şəxs saxlanılıb"
21:32 13 Yanvar 2016
28 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ İstanbulun Sultanəhməd meydanında tramvay dayanacağının qarşısında törədilən terror aktı ilə bağlı daha 4 şəxs şübhəli qismində saxlanılıb. Beləliklə, terror aktı ilə bağlı saxlanılan şəxslərin sayı 5-ə çatıb.
"Report"un məlumatına görə, bunu Baş naziri Əhməd Davutoğlu açıqlayıb.
Davutoğlu qeyd edib ki, hazırda istanbulun müxtəlif xəstəxanalarında 6 yaralı var. Onların əksəriyyəti xarici vətəndaşlardır.
Baş nazir onu bildirib ki, İstanbulda təhlükəsizliyin təmin edilməsi istiqamətində bundan sonra da ciddi addımlar atılacaq: "Terrorizm qlobal problemdir. Bu vəbaya qarşı hamımımız birgə mübarizə aparmalıyıq".
Xatırladaq ki, dünən İstanbulun mərkəzindəki Sultanəhməd meydanında törədilən partlayış nəticəsində 10 nəfər həlak olub, 15 nəfər yaralanıb. Suriyadan olan terrorçu özünü almaniyalı turist qrupunun yaxınlığında partladıb.


Xəbərin orijinal ünvanı: http://report.az/region/davutoglu-i-stanbulda-toredilen-terror-akti-ile-bagli-daha-4-sexs-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR