Narkotik vasitələrin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Narkotik vasitələrin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb
16:43 14 Yanvar 2016
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 yanvar, AZƏRTAC
Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı Raminə Əliyevanın əl çantasına baxış zamanı 2 ədəd flakonda, məhlul formasında ümumi xalis çəkisi 0,240 qram təşkil edən metadon adlı narkotik vasitə aşkar edilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, İran İslam Respublikasından ölkəmizə piyada gələn daha bir Azərbaycan vətəndaşı Böyükağa Əliyevin əl yükündən isə 6 ədəd həb şəklində “Metadone-40” adlı dərman preparatı aşkar olunaraq götürülüb.
Xatırladaq ki, metadon adlı həb “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və aşkar olunan 6 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,24 qram təşkil edir.
Hər iki faktla bağlı təhqiqat aparılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Narkotik_vasitelerin_olkeye_getirilmesi_cehdinin_qarsisi_alinib-918450

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR