Aleksandr Novak: "Rusiya "Türk axını" layihəsinin reallaşdırılmasına hazırdır"

17:52 14 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak bildirib: "Biz öz tərəfimizdən layihənin həyata keçirilməsinə hazırıq. Məlumatımıza görə, Avropa Komissiyası və Avropa ölkələrinin energetika nazirləri bu məsələ üzərinə işləyirlər".
Qeyd edək ki, ötən ilin sonunda Rusiya ilə Türkiyə arasında münasibətlər gərginləşdikdən sonra "Türk axını" təbii qaz kəmərinin tikintisi layihəsi dayandırılıb.
"Türk axını" layihəsi Rusiya qazının Qara dənizin dibi ilə Türkiyə üzərindən Avropaya nəqlini nəzərdə tutur.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/aleksandr-novak-rusiya-turk-axini-layihesinin-reallasdirilmasina-hazirdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR