"Report" xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ATƏT-in Daimi Şurasının Vyanada keçirilən iclasında çıxışı zamanı deyib.
O, bütövlükdə regiondakı vəziyyətdən və qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması hallarından narahatlığını bildirib: "Belə məqamda münaqişənin gərginliyinin azaldılması üçün tədbirlər görmək lazımdır".
Çıxışı zamanı Almaniyanın ATƏT-ə sədrliyinin ən aktual məsələlərinə toxunan nazir bunun çox çətin dönəmə - miqrasiya böhranı, Ukrayna, Yaxın Şərqdə münaqişələr dövrünə təsadüf etdiyini qeyd edib.
Onun sözlərinə görə, ATƏT məkanında münaqişələr təşkilatı zəiflədib. Xarici işlər naziri hesab edir ki, konstruktiv dialoq təşkilat daxilində sabitliyi bərpa etməyə yardım edəcək.