Alimlər “ağıllı” duş sistemi işləyib hazırlayıblar

Alimlər “ağıllı” duş sistemi işləyib hazırlayıblar
22:28 14 Yanvar 2016
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 yanvar, AZƏRTAC
Fransa alimləri su sərfini 25 faiz azaltmağa imkan verən duş sistemi işləyib hazırlayıblar. Gözlənildiyinə görə, duş bu ilin fevral-mart aylarında satışa çıxarılacaq. Yenilik Las-Veqasda “Consumer Tecnology Association” (CES) cəmiyyətinin konfransında nümayiş etdirilib.
AZƏRTAC “rambler.ru” ya istinadla xəbər verir ki, “Hydrao Smart Shower” adlandırılan “ağıllı” duş Fransanın “Start&Blue” şirkətinin məhsuludur. İşıq-diod indikatorların rəngi su işləndicə dəyişir. Su sərfi 50 litrə çatanda isə qırmızı işıq yanır və proseduru bitirmək vaxtının çatması barədə xəbərdarlıq edir. Şirkətin məlumatına görə, təqribən min ədəd birinci nəsil “Hydrao” duş sistemi satılıb. Bu sistem su sərfini 25 faiz azaltmağa imkan verib. Su sərfini iOS və Android platformalarındakı əlavələrin köməyi ilə də izləmək mümkün olacaq. Şirkətin rəsmi nümayəndələri bildiriblər ki, “ağıllı” duşun pərakəndə satış qiyməti 99 dollar olacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Alimler_agilli_dus_sistemi_isleyib_hazirlayiblar-918615

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR