Azərbaycanlının müğənni sevgilisi Van Damla rəqsindən danışdı (VİDEO, FOTO)

Azərbaycanlının müğənni sevgilisi Van Damla rəqsindən danışdı (VİDEO, FOTO)
22:55 14 Yanvar 2016
118 Şou
Ölkə mətbuatı
A- A+

Rusiyada tanınan əslən azərbaycanlı Aslan Əhmədovun sevgilisi Ukraynanın xalq artisti İrina Bilık ulduz aktyor Jan Klod Van Dam ilə münasibətlərindən danışıb.

ANS PRESS-in məlumatına görə, ifaçı verilişlərin birində etiraf edib ki, Van Dam onu ulduz müğənni Madonnadan üstün tutub.

“Onun xətrinə dəyməsin, amma mən hər şey necə olub onu danışacam. Biz onunla tez tez zəngləşirdik. O, Kiyevə gələndə məndən xahiş etdilər ki, ona əsl Ukrayna mahnısını görsədim. Mən şəxsi bir klubda onun qarşısında ifa etdim. Mən ona yaxınlaşıb əlimi uzadıb salamlaşmaq istəyəndə o, məni rəqsə dəvət etdi. O, əlbəttə çox peşakardır. Mən bilmirəm o nə etdi amma mənim ayaqlarım yerə dəymirdi. Sonra o məmim qrim otağıma gəldi. Mənə “Sən Madonna kimisən, amma sənin mahnılarında daha dərin məna var” dedi”, - İrina Bilık bildirib.

Van Dam 2010-cu ildə İrina Bilıkın “Ya lyublu eqo” adlı mahnısının klipində çəkilib.


İrina Bilık - "Ya lyublu eqo"

Ötən ilin dekabr ayında Rusiyada məşhur olan əslən azərbaycanlı stilist və rejissor Aslan Əhmədovun sevgilisi İrina Bilık ikinci dəfə ana olub. İfaçı uşağın atasının həmyerlimiz olduğunu təsdiq edib. Cütlük oğulunun adını Təbriz qoyub.


İrina Bilıkın "Facebook" səhifəsi

Bu barədə ifaçı sosial şəbəkədə bildirib. Sənətçi körpənin şəkilini paylaşaraq “Mən yenə ana oldum. Çox xoşbəxtəm” yazıb.


Aslan Əhmədov


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=369682

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR