İngiltərə çempionatında “Arsenal” ilə “Liverpul” qarşılaşmasında 6 qol vurulub. ANS PRESS-in məlumatına görə, “Liverpul” öz evində “Arsenal”ı qəbul edib.

Futbolçular azarkeşlərə əsl bayram abu-havası veriblər. Bir nəfəsə keçən qarşıdurmada həyəcan son həddə çatıb. Matçda 2 dəfə “oyuna dönüş” olub. Beləliklə, əvvəl ev sahibi 2:1 hesabı ilə önə çıxıb, lakin qonaqlar müqavimət görsədərək hesabda 1 top fərq ilə önə çıxıblar.

“Qırmızılar” “topçular”ın keyfini pozaraq sonuncu dəqiqədə hesabı bərabərləşdiriblər.

“Liverpul” – “Arsenal” 3:3
Qollar: Firmino, 10, 19,Alan, 90 - Remsi, 14, Jiru, 26, 55


"Liverpul" 3-3 "Arsenal"

"Arsenal" ilə "Liverpul"dan futbol şedevri (VİDEO, FOTO)
Matç zamanı

"Liverpul" İngiltərə çempionatının növbəti turunda əzəli rəqibi "Mançester Yunayted" ilə qarşılaşacaq. "Topçular" 21 oyundan sonra 43 xalla liderdir. "Liverpul" isə 21 oyundan sonra 9-cu pillədədir.

"Arsenal" ilə "Liverpul"dan futbol şedevri (VİDEO, FOTO)
İngiltərə çempionatının turnir cədvəli